Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Mustafa Kamal İbilinin cinayət işi üzrə məhkəməsi başlayır.
“Report” xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, daha əvvəl Bakı şəhər sakini Cavanşir Məmmədov polisə müraciət edərək Türkiyə vətəndaşı K.Mustafa tərəfindən aldadıldığını söyləyib.
Belə ki, Türkiyə vətəndaşı 67 yaşlı C.Məmmədovun etibarından istifadə edərək ondan 13 min manat və 126 min 500 dollar (ümumilikdə 228 050 manat) pul alıb və geri qaytarmayıb.
K.Mustafa eyni qaydada Rəfiqə Qafarova və Rüfət Əhmədova da qarşı dələduzluq edib.
www.102info.az