Şəmkirdə mağazadan oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 30 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması məlumatı daxil olub.
Keçirilən əməliyyatla oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az