İnsan alveri ilə məşğul olan qadın Bakıda məhkəmə zalında həbs edildi

Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan Elnarə Zamanovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Zamanova 8 il 6 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

İttihama görə, E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına – 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K-ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir