Cəmil ZƏBHULLAOĞLU – 60

Mədəniyyət

Dost haqqında xatirələrimDostum və tanınmış qələm dostum Cəmil Zəbhullaoğlunun 60 yaşı münasibətilə (9 avqust 1961-ci ildə Şamaxıda doğulub) əl ilə toxunan, astarı üzündən oxunan zərif ipək misalı xatirə-oçerk yazmaq üçün uyğun ovqata köklənmək çətin olmadı.Gecənin gec saatlarında kompüterin qarşısında oturmuşam, həssas və güclü musiqi duyumlu, əfsunlu nəğmələri ürəklərə yol tapan, xoş əhval-ruhiyyə oyadan bir bəstəkarla nəğməkar şairin dərin poetik tutumlu sözlərinə bəstələdiyi həzin “Xatirədir” mahnısını görkəmli xanəndəmiz Alim Qasımovun ecazkar səsində dinləyirəm:Xəyaldı, yoxsa yalan,Gəlib keçdi nə zaman?Sevginin ömrü bir an,Qalanı xatirədir.İlahi, 60 il nə tez gəlib keçdi?! Sanki “yanıb külü qalacaq ocağın olanı”, “yaşıl yarpaqların solanı”, “sevgi adasının hər yanı”, nəhayət, “bu dünyanın gerçəyi və yalanı” xatirələr musiqi diliylə fəryad edir. İllər öncə yazdığım və bu mahnının sözlərilə səsləşən bir şeirdə dilə gətirdiyim kimi, xatirələr dənizinə dalan qəvvas üçün liman, yalnız bir anın başqa bir anla müqayisəsində ortaya çıxan əlahəzrət Zaman üçün sahil olmurmuş. Əslində, saat təqvim gününün xatirələrə dilimlənmiş zamanından başqa bir şey deyilmiş. Təqvimin özü isə ömrün zaman tunelində xatirələrin dondurulmuş anları imiş. Əllərim qeyri-ixtiyari klaviaturaya uzanır, hərflər pianonun dilləri kimi enib qalxaraq ilk sətirləri ağ vərəq üzərinə düzməyə başlayır…Cəmil müəllimlə ilk dəfə görüşüb söhbət edəndə mən 27, o, 31 yaşındaydıq. Mən “Ədalət” qəzetinin məsul katibi idim. O “Dialoq” qəzetinin redaktoru idi. İkimiz də eyni sahənin adamı kimi eyni yolu addımlayırdıq. Müstəqil mətbuatın təmsilçiləri idik. Onun savadlı vergi mütəxəssisi olduğunu eşitmişdim. Eyni zamanda satirik şeirlərin müəllifi kimi də imzasını təsdiq etmişdi. Jurnalist kimi bu sahəyə gəlişi təsadüfi deyildi. Yazmaq qabiliyyəti onu çox çətin bir sahəyə yönəltmişdi. Ürəyinin hökmü onu buna vadar edirdi. Bu sahədə müəyyən təcrübə qazandıqdan sonra müstəqil mətbu arqanı olan “Ədalət və həqiqət”Elmi-pedaqoji fəaliyyətə başlamaq, öz nəzəri bilik və praktiki bacarığı qəzetini təsis etdi və özü bu sahəyə gələnlərə öyrətməyi qarşısına məqsəd qoydu və bu onun ən təbii haqqı idi.Cəmil müəllim çalışdığı bu illər ərzində jurnalistikada iz qoymağa çalışdı və deyərdim ki, buna da nail oldu. Cəmiyyətdə xüsusi yeri və çəkisi olan jurnalistika kimi çətin və şərəfli bir sahədə uzun illər ərzində minlərlə gənclə, eyni zamanda həvəskar yazarla yaxın yaradıcılıq təmasında olub. Yetirmələrinin sədaları yüksək tribunalardan, vəzifə kürsülərindən gəlir. Onun jurnalsitika sahəsindəki xidmətləri danılmazdır.Bu mənim onun haqqında ilkin təəssüratımdır.İkinci təəssüratım isə onun özünün şəxsi keyfiyyətləri ilə əlaqədardır. O, genişürəkli, tolerant xislətlidir. Dedi-qodu, qarayaxma kimi naqisliklərdən xalidir. Sözünü açıq deməyi xoşlayır, gördüyü nöqsanları, narazı olduğu məqamları mərd-mərdanə üzə deməkdən çəkinmir. Baş redaktor-əməkdaş münasibətlərində çox ciddidir, müəyyən prinsipial məsələlərdə onun haqq-ədalət tərəzisi dəqiq işləyir. Mənəviyyatca təmizdir, işində, vəzifə borcunun icrasında təmənnasızdır. Əxlaqı və mənəviyyatı doğub böyüdüyü Zəbhulla kişinin ocağının tərbiyəsindən qidalanır. İmkansız və ehtiyacı olanlarla son loxmasını bölüşəcək qədər əliaçıqdır. Əlbəttə, burada Cəmil müəllimin ailəcanlılığını, onu sevən və bütün işlərində dəstəkləyən doğmalarının qayğısı ilə əhatə olunmuşluğunu da xüsusi vurğulamaq lazımdır.Üçüncü təəssüratım da onun həyat prinsipi ilə bağlıdır. Cəmil Dadaşovun yaşam fəlsəfəsi belədir: “İnsan pul qazanmaq üçün sağlamlığını qurban verməməlidir, çünki sonradan itirilən sağlamlığını bərpa üçün pulunu qurban verməyə məcbur olacaqdır”. Cəmil müəllimin təvazökarlığının, quru təkəbbürdən, lovğalıqdan uzaqlığının mayasını məhz bu prinsip təşkil edir. O, “şöhrətin külək kimi olduğunu, həmişə eyni səmtə əsmədiyini” yaxşı bilir. Boğazdan yuxarı deyilən sağlıqlar daxildən gəlmir deyə, heç bir zaman onun içinə sinmir. Qurşaqdan aşağı vurulan zərbələri kişiliyə yaraşdırmır. Tanrı ətəyindən yapışıb, şeytana qulluq edənlərlə işi yoxdur.Dördüncüsü, o, öz dəyərli qələm dostlarından miras aldığı jurnalistikanın ən yaxşı ənənələrinə sadiqdir. Yəqin ki, çoxumuz iş yerlərimizdə tez-tez eşidirik: “Gedərsən, yerinə başqası gələr, həyatda əvəzedilməz adam yoxdur”. Ehtimal ki, bu ifadədəki “əvəzedilməz”lə nəzərdə tutulan obyekt insanın özü yox, onun icra etdiyi vəzifədir. Mən isə gedənin və gələnin bir olmadığına, bu dünyada hər kəsin öz yerinin olduğuna, kimsənin bir başqasının yerini ala və əvəzləyə bilməyəcəyinə inananlardanam. Çünki hər bir insan tək, təkrarsız və bənzərsizdir. Cəmil müəllimdən əvvəl də bu sahənin cəfakeşləri, sözün tam mənasında, mogikanları olub, ondan sonra da olacaq. Onun sələfləri də sırf özləri idilər, şəxsiyyətləri, ziyalılıqları, ağayana hərəkətləri, sözü bütövlükləri, vicdanları, dostluqları ilə biri digərinə bənzəmirdi. Cəmil müəllim bu sahədə sələflərinin ən yaxşı ənənələrini davam etdirməklə yanaşı, yuxarıda sadaladığım məziyyətləri, səriştəli idarəçilik və mahir təşkilatçılıq dəst-xətti ilə layiqli xələf olduğunu sübut edib.Cəmil müəllim yaradıcı insandır, bir şair kimi də özünü təsdiq edib. Maraqlı yazıları və satiric şeirləri, digər ədəbi nümunələri ilə oxucularının yaddaşında qalıb.Cəmil Dadaşov imzasının nüfuzu qələm adamlarına, oxuculara yaxşı məlumdur. Bu imza özünə hörmət, oxucuya hörmət əxlaqına söykənir. Yeri gəlmişkən qeyd edək ki, cavan jurnalistlərimizdə bəzən yazı səriştəsi çatışmır. Məhz Cəmil Zəbhullaoğlu imzasından, onun saysız-hesabsız məqalələrindən gənclərimiz qələm əxlaqını, tənqid əxlaqını, tərbiyə normalarını, ölçüb-biçini öyrənməlidirlər və öyrənirlər.Bütün yaradıcılığı boyu, necə deyərlər, qətrə-qətrə jurnalist adına hörmət qazandıran, bu adı ucalardan uca tutan, onu real mühitimizdəki yaxın dövrümüzün yaddaşı, müasir həmsöhbətlərimiz, keçdiyimiz yola tökülən yarpaq izləridir. Burada verilən şeirlər ayrı-ayrı illərin töhfəsidir. Müxtəlif peşə sahiblərinin xarakterik cizgiləri, müxtəlif insan taleləri, təqdim edilən konkret fərdlərin dolğun, əhatəli obrazı oxucu ilə səmimi dialoq yaradır, onu müəyyən zaman-məkan çərçivəsinə, dünyasına çəkib aparır.Poeziya nümunələri əsasən sadə adamlardan, onların ətraf mühit, həyat və iş barədə düşüncələrindən, dünyaya və insanlara təmənnasız, saf, təmiz münasibətlərindən, halal ömürlərindən söhbət açır. Mündəricə cəhətdən müxtəlif olan bu nümunələri bir-birinə bağlayan möhkəm daxili bağlar var. Bu şeirlərin qəhrəmanları Cəmil Zəbhullaoğlu qələminin seçib-sonaladığı el adamlarıdır. Və xalqın aparıcı, mənəvi-əxlaqi keyfiyyətlərini özündə birləşdirən, onu yaşadan hörmət-izzət yiyələridir.Yazdığı hər bir oçerkin, məqalənin özünəməxsus xüsusiyyətləri olduğu kimi, hər birinin də təlqin etdiyi ideyalar var. Bu ideyalar ata-babaların bizə miras qoyub getdiyi, bizim yaşamağa borclu olduğumuz yüksək, yalnız xalqımıza xas olan ulu, ədəbi-əzəli əxlaqi ideyalardır. Hər bir qəhrəmanın simasında belə yüksək əxlaqi ucalıqları dönə-dönə məxsusi qələmiylə təqdim edən Cəmil müəllim elə bil zamanın gərdişində, hər şeyin tez-tez dəyişdiyi günlərdə yaddaşımızı oyatmağa, itirməməyə çağırır, bizə özümüzü, kökümüzü tanıdır.Onun qələmə aldığı bu əsərlər daha çox nə ilə səciyyəvidir? Hansı mənəvi-estetik kamilliklərilə yaddaqalandır? Hər şeydən öncə, həyat hadisələrinin real, obrazlı, yerli-yataqlı təqdimatıyla. C.Zəbhullaoğlu real, həyati lövhələri son dərəcə dəqiq və iti jurnalist müşahidələrilə arayıb açır, onu bədii təfəkkürün süzgə-cindən keçirir, oxucusuna tam kamil bir ədəbi-publisistik nümunə təqdim edir.Həyatın özü qədər şirin, canlı və təravətli təhkiyə üslubu, zəngin, lokanik dil və üslub, qəhrəmanların zahiri və daxili portretində bir-birini tamamlayan harmoniya, mənəvi və estetik kamillik oçerklərin özəyini, mayasını təşkil edir ki, bu da onu oxucunun sevimlisinə çevirir.Jurnalistika ilə məşğul olanlar bu sənətin nə dərəcədə çətin və məsuliyyətli olduğunu yaxşı dərk edirlər. Xüsusən geniş profilli publisistika, jurnalistikanın bədii janrı sayılan oçerk və felyeton yaradıcılığı həssas münasibət tələb edir. Janrın səciyyəvi keyfiyyəti kimi oçerk və felyetonda bədiiliklə konkretlik, dəqiqlik, faktik materiala sadiqlik incə formada əriş-arğac kimi qovuşmalıdır. Belə olmayanda həmin nümunə ya həddən artıq təmtəraqlı, dırnaqarası bədiilikdən ibarət olub cümləpərdazlığa çevriləcək, nəticədə diletant söz yığını alınacaq, yaxud da ki, həqiqət bədiilikdən uzaq, quru, sxematik, hətta sxolastik fakt yığımından başqa bir şey olmayacaqdır. Kamil jurnalistin, peşəkar qələm sahibinin əsl bədii ləyaqəti ondadır ki, bu vacib cəhətlərin sintezini, harmoniyasını yarada bilsin. Belə olmasa hər cür əzab-əziyyət hədər gedəcək. Cəmil Dadaşov bu mənada xoşbəxt sənətkardır.Bunu biz demirik, hər şeydən öncə, faktın özü təsdiq edir, Cəmil müəllimin 25-30 illik yaradıcı ömrünün məhsulları sübut edir. Bu etirafa biz, eyni zamanda, görkəmli ədəbiyyat və sənət xadimlərinin, yaradıcı insanların C.Zəbhullaoğlu yaradıcılığına verdikləri müxtəlif qiymətlərdə rast gəlirik.Qeyd etdik ki, jurnalistika ilə az-çox tanış olanlar publisistikanın əzablı bir yaradıcılıq prosesi olduğunu yaxşı dərk edirlər. Olanı, həyat faktını əks etdirmək, bu fondan mövcud cəmiyyətə, ictimai prosesə obrazlı münasibət formalaşdırmaq özü də sovet hakimiyyəti dövründə, qadağaların tüğyan etdiyi bir vaxtda, dar çərçivədə, sərt publisistik qayda-qanunların diqtəsilə yazıçı ideyalarının geniş spektrini çəkmək, insanın vətəndaş mövqeyinin panoramasını yaratmaq… heç də asan başa gələn iş deyildir.Məsələ burasındadır ki, Cəmil Dadaşovun yaradıcılığında bu sərhədlər o dərəcədə plastik ustalıqla qovuşur ki, bədiiliyin harada baş¬la¬dı¬ğını, harada qutar¬dığını faktik, yaxud real həyat hadisə¬lərinin bədiiliyin sərhədlərinə necə yaxınlaşdığını, yaxud ona qovuşduğunu bəzən həssas oxucu da hiss etmir.Cəmil müəllim novator-jurnalist, novator-şairdir. Xüsusən publisistikaya, oçerk və satira yaradıcılığına gətirdiyi yeniliklər onun Azərbaycan mətbuatı qarşısında böyük xidmətlərini səciyyələndirir. O, satira janrında müəyyən dövrlərdə formalaşmış stereotipləri cəsarətlə dağıdıb, bu janra yeni ab-hava gətirib.Böyük filosof Sokrat deyirdi: “Danış, səni görüm…” Cəmil müəllimin 60 illik ömrünü vərəqlədikcə, hər şey¬dən öncə, müəllifin özünü görür, onun şəxsiyyəti, mənəviyyatı, əxlaqı barədə təsəvvürlərimiz bitkinləşir. Əslində, yazılanların baş qəhrəmanı C.Zəbhullaoğlu özüdür. Çünki ədəbi material, hər şeydən öncə, yazıçı, şair, publisist, jurnalist, redaktor şəxsiyyətinin tərcümanıdır. Bu sətirlərin arasında da bizim hamımızın yaxşı tanıdığı, hörmət etdiyi əzəmətli Cəmil Zəbhullaoğlu imzası, onun ləyaqətli, vüqarlı siması, bütöv, yenilməz şəxsiyyəti, təmiz ədəbi vicdanı boy göstərir.Yuxarıda yazıboyu qeyd etdiyimiz kimi, “Ədalət və həqiqət” qəzetinin təsisçisi və baş redaktoru, eləcə də “Turaz.tv” az saytının rəhbəri Cəmil Zəbhulla oğlu Dadaşovun 60 illiyidir. Fürsətdən istifadə edib onu bağrımıza basır, ona xoşbəxtlik, arzularının çiçək açmasını diləyirik. Və bu misraları ona ünvanlayıram.

Hələ son mənzilə vardır zamanın,

Sökür can evini ötən hər anın.

Bir xoş gün görməyən ay Cəmil müəllim,

Sən altmış yaşını başa vurmusan.

Ömrünü ot kimi biçərək bəli,

Keçilməz yollardan keçərək bəli.

Çəkilməz dərdləri çəkərək bəli,

Sən altmış yaşını başa vurmusan.

Haqqın ətəyindən tutdun dördəlli,

Yaşamaq istərsən hələ bir əlli.

Ömrünün hər anı Allaha bəlli,

Sən altmış yaşını başa vurmusan.

Heç kimin önündə əyilməyərək,

Haqqa arxalanıb haqqı deyərək.

Halal addımlarla kəsib duz-çörək,

Sən altmış yaşını başa vurmusan.

Ürəyin çəkilməz dərdlərlə dolub,

Qəlbində arzular açmamış solub.

Hər gün qayğılarla qol-boyun olub,

Sən altmış yaşını başa vurmusan.

Şam kimi əriyib hey gilə-gilə,

Dərdinlə daşı da gətirdin dilə.

Canından boylanan eşq həvəsilə,

Sən altmış yaşını başa vurmusan.

Hər səhər Günəşə əl edə-edə,

Qoymadın sıxıla ruhun tələdə.

Allah dərgahına yol gedə-gedı,

Sən altmış yaşını başa vurmusan.

60 il sabaha ümid eləyib,

60 il Allaha ümid eləyib.

60 il dərdini un tək ələyib,

Sən altmış yaşını başa vurmusan.

Gedir dərgahına hər bir yol,

Cəmil, Sonu görünməyən sirdir yol,

Cəmil.Sənə minnətdardır, ey ulu Tanrım,

60-dan 61-ə qədəm qoydun sən.

Daşdəmir ƏJDƏROĞLU

9 avqust 2021-ci il, saat 00-10

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir