Türkiyənin “Haber Global” telekanalı “Avroviziya”da Azərbaycana qarşı anlaşılmaz davranışa dair süjet hazırlayıb.
Süjetdə “Avroviziya” mahnı müsabiqəsində səsvermənin nəticələri ilə bağlı iddialar gündəmə gəlib.
Bildirilib ki, Azərbaycanın İTV kanalı bu qalmaqallı hadisəyə etiraz edib və açıqlama yayaraq müsabiqənin təşkilatçılarının texniki problemə işarə edərək Bakı ilə bağlantı qurmadığını və Azərbaycan münsiflər heyəti adından digər nəticələri açıqladığını ictimaiyyətə bəyan edib.
Telekanal vurğulayıb ki, bəyanatda mahnı müsabiqəsinin finalında baş verənlər və ondan sonra verilən qərarlar İTV-də məyusluqla qarşılanıb.
Qeyd olunub ki, İTV nümayəndəsi yayım zamanı Azərbaycanda münsiflər heyətinin səsverməsinin nəticələrini açıqlamağa hazır olsa da, müsabiqənin təşkilatçıları Azərbaycanla əlaqə saxlamayıb, bizim ölkə adından fərqli nəticələr elan ediblər.
www.RIA24.az