Azərbaycanın Əməkdar incəsənət xadimi vəfat edib

Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov vəfat edib.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqi məlumat yayıb.

Musa Ağabəy oğlu Bağırov 10 may 1932-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.

Allah rəhmət eləsin!

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.