“Həyatda insana ancaq can sağlığı lazımdır, qalanı boş şeylərdir…”

Bu gün Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür. Rejissorun 72 yaşı tamam olur. 
“Təbrikiniz üçün çox sağ olun. Əslində doğum günü keçirmirəm. Bildiyiniz kimi bir il yarımdır yataqdayam, hərəkətsizəm. Havaların isti keçməsi isə adama daha da əziyyət verir. Həyatda ancaq və ancaq insana cansağlığı lazımdır, qalanı boş şeylərdir. Var-dövlət gəldi-gedərdir. İnsan ilk növbədə səhhətinə fikir verməlidir. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm, dostlara salam olsun”.
Qeyd edək ki, professor R.Əzizbəyli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, “Şöhrət” ordeni, “Hacı Zeynalabdin Tağıyev” və “Qızıl Buta” mükafatları laureatıdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir