“Nə qədər sevilsəm də insanların qərəzi bitmir, hələ də məni qəbul etməyənlər var…”

İstedadlı aktrisa kimi tanınan, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası, serial və filmlərdə maraqlı obrazların müəllifi olan Gültac Əlili Moderator.az-ın qonağı oldu.
– Karantin günlərini necə keçirirsiniz? Peyvənd vurdurmağı düşünürsünüzmü? 

– Peyvənd vurdurmağı düşünürəm. Bu dövlət tərəfindən verilən bir qərardırsa bizə də bu qərara hörmət etmək düşər. Pandemiya dönəmində koronavirusa yoluxduq, sağaldıq,  ağır bir dönəmdən keçdik. İndi də peyvəndin vurulma mərhələsindəyik. Taleyimizə nə yazılıbsa onu da yaşayacağıq. Deyirlər mütləq şəkildə peyvənd olunmalıdır. – Uzun müddətdir səhnədə və tamaşaçılarla canlı ünsiyyətdə olan bir aktrisa üçün səhnəsiz qalmaq nə deməkdir?
– Bu mənim üçün çox acınacaqlı vəziyyətdir. Allah şahiddir ki, bu dönəmi nə qədər ağır keçirdirəm. Teatrsız çökmüş vəziyyətdəyəm. Yaşımın o vaxtıdır ki, indi daha çox çalışmalı, yeni obrazlar yaratmalıyam. Belə bir dönəmdə isə işləyə bilmirik.  Bu bizim üçün ağırdır. – Pandemiyadan sonra səhnəyə çıxandə nə edəcəksiniz?
– Səhnəni öpəcəm.
– Tamaşalarınız olmasa da seriallarda çalışır və maraqlı obrazlar canlandırırsınız.  
– Serialın öz yeri, teatrın isə başqa yeri var.  Amma teatra olan sevgim, sayğım, məhəbbətim tamamilə başqadır. Səhnəsiz qalmaq çox çətindir. Tamaşaçılardan ayrı qalmaq dözülməzdir. – Firəngiz Mütəllimova və onun kimi dəyərli sənətkarlar tərəfindən istəkli, sevimli biri olmağı necə bacarırsınız? 
– Uzun müddətdir ki, teatrda çalışıram, bu müddət ərzində dəyərli sənətkarlarımızın sevgisini qazanmışamsa bunun özü mənim üçün əzizdir. Xalq artistlərimiz İlham Namiq Kamal, Afaq Bəşirqızı və onlar kimi dünyagörüşlü əfasənəvi sənətkarların sayğısı mənə stimul verir.  Onlar mənə böyük sevgi göstərirlər. Hər zaman hər şeyin ən yaxşısına layiq olmağa çalışmışam. Azərbaycan teatrının, kinosunun dəyərli sənətçilərindən bu münasibəti gördükdə isə önümdə fərqli qapılar açılır. Yəni onların etimadı mənim üçün açılmış qapıdır. O insanların haqqımda yüksək fikirlər səsləndirməsi, göstərdikləri övlad qayğısı hər şeyə dəyər. Bu günə qədər öz ayaqlarımın üstündə durmuşam. Ancaq nə qədər sevilməyimə baxmayaraq insanların qərəzi bitmir. Bilirsiniz ki, birmənalı qarşılanan aktrisa olmamışam. Fəaliyyət göstərdikcə, daha çox uğur əldə etdikcə müzakirə obyekti olmuşam. Hələ də məni qəbul etməyənlər var.– Sizi niyə qəbul etməməyə çalışırlar? Buna səbəb nədir?
– Səbəbini mən də bilmirəm. Bəlkə də mən Hüseynlə ailə qurmasaydım onlar üçün dünyanın ən yaxşı insanı olacaqdım. Amma Hüseyn də əvvəl – axır biri ilə ailə quracaqdı.  İnsanlar üçün nə fərqi var ki, Hüseyn  Gültacı aldı da, yoxsa başqasını.  – Pandemiya dönəmində xanımların daha çox kilo aldığı bir zamanda siz əksinə fit bədən quruluşuna sahibləndiniz. Buna necə nail oldunuz?
– Pandemiyanın ilkin mərhələsində mən də çox kökəlmişdim. Mətbəxdə şirniyyat və yemək bişirməyi sevirəm. Bir gün güzgünün qarşısına keçdim və gördüm ki, çox kökəlmişəm. Dedim ki, “Gültac sən nə edirsən?”. Teatr açılanda öz “obrazlarımı bu kilo ilə necə oyanacam?” deyə düşündüm. Ondan sonra özümü motivasiya etməyə başladım. Dietoloqum Lamiyə xanımla işə başladıq. Sağlam qidalanır və yürüş edirəm. Nəticəni gördüksə isə özümü daha çox sevirəm. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir