Övladlarını gənc yaşda itirən məşhurlar – SİYAHI+FOTO

Bu gün Xalq artisti Nazpəri Dostəliyevanın 41 yaşlı oğlu, Əli Quliyev qəfildən ürək çatışmaçazlığından dünyasını dəyişib. news24.az-a danışan Xalq artisti oğlunun ölümünün ani olduğunu bildirdi: “Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı”. Bu günə qədər bir çox məşhur övladını gənc yaşda itirib. Musavat.com onlardan bir neçəsini təqdim edir: 

 Əməkdar artist Zöhrə Abdullayevanın oğlu 24 may 2018-ci ildə beyin xərçəngindən vəfat edib. O vaxtdan özünə qapanan Əməkdar artist səhnədən uzaqlaşdı, mətbuata, mediaya çıxmadı. Övladının ölümü ilə barışmayan səbətçi son günlərdə 30 kq arıqlayaraq, tanınmaz hala düşüb. Məlumata görə Zöhrə Abdullayeva nadir görünən revmatoid artrit xəstəliyindən əziyyət çəkir. 

 Övlad acısı yaşayan məşhurlardan biri Xalq artisti Arif Quliyevdir. 2012-ci ildə aktyorun 34 yaşlı oğlu Fərid Quliyev uzun müddət əziyyət çəkdiyi vərəm xəstəliyindən dünyasını dəyişib. F.Quliyev ölümündən 1 il öncə həbsdən çıxmışdı. Bu müddət ərzində dəfələrlə xəstəxanada və evdə müalicə olunsa da pnu xilas etmək mümkün olmayıb. Xatırladaq ki, F. Quliyev qəsdən adam öldürdüyünə görə 14 il həbs cəzası almışdı. 

 Sənətçi İbrahim Borçalının 20 yaşlı oğlu Rəhim Həsənov ötən ilin iyun ayında yol qəzasında faciəli şəkildə dünyasını dəyişib. Qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş vermişdi. Qeyd edək ki, Rəhim Həsənov sənətçinin yeganə övladı idi. 

 Tanınmış televiziya aparıcısı Afaq Gəncəlinin də yeganə övladı Qədirxan 13 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Tanınmış diktor, Xalq artisti Şərqiyyə Hüseynova da övlad acısı yaşayan məşhurlar sırasındadır. Xalq artistinin 44 yaşlı qızı Mehriban Əhmədova qəfildən beyinə qan sızması nəticəsində dünyasını dəyişib. 

 Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, bəstəkar Xanım İsmayılqızının da 32 yaşlı oğlu Fərid 2014-cü ildə qəflətən dünyasını dəyişib. Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. 

 Xalq artisti, mərhum xanəndə Teymur Mustafayevin də oğlu faciəvi şəkildə dünyasını dəyişin. Xanəndənin oğlu Bakıxan Mustafayev 2007-ci il mayın 29-da idarə etdiyi “Vaz 21010” markalı avtomobilində müəmmalı şəkildə yanıb. Məlumatagörə B.Müstafayev qapını aça bilmədiyindən maşının içərisindəcə yanaraq ölüb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində baş vermişdi.   Bu ilin yanvarında qəfildən dünyasını dəyişən bəstəkar Nailə Mirməmmədlinin də övladı illər öncə faciəli şəkildə, dənizdə boğularaq ölüb. Həmin zaman mərhum sənətçinin oğlunun 14 yaşı var idi. Övladın faciəli ölümündən az keçməmiş sənətçininin həyat yoldaşı, tanınmış bəstəkar Hikmət Məmmədli ürək tutmasından vəfat etmişdi. 

 Əməkdar artist, qiraətçi Ağalar Bayramovun da 9 yaşlı oğlu illər öncə yol qəzasında vəfat edib. Əməkdar artist bu yaxınlarda Qubadlıya gedərək, 28 ildən sonra oğlunun məzarını ziyarət etmişdi. 

 Əməkdar artist Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov 2015-ci ildə ağır xəstəlikdən vəfat edib. Xatırladaq ki, Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu. 

 Millət vəkili Fazil Mustafa da övlad faciəsi yaşayıb. 2008-ci ildə millət vəkilinin oğlu, 8 yaşlı Elçibəy Mustafayev və qaynı Mahir Mirzəyev hamamda dəm qazından boğularaq dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir