“Planet Parni iz Baku”nun aktyoru koronavirusa qalib gəldi

“Planet Parni iz Baku” KVN komandasının koronavirusa yoluxmuş türkiyəli aktyoru Mehmet Emin Cəfər xəstəliyə qalib gəlib.
Bu barədə aktyor açıqlamasında deyib. O, xəstəxanadan evə buraxıldığını bildirib:
“Hazırda evdəyəm. Dünən koronavirus testimin cavabı neqativ çıxdı. Özümü çox sağlam hiss edirəm. Çətin günlər keçirsəm də, hamısı geridə qaldı. Şükür Allaha xəstəliyə qalib gəldim. Bu günlərdə məni axtaran, narahat olan, dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edirəm. Allah bütün xəstələrə şəfa versin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir