Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi,“Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin ev muzeyi Gürcüstanın paytaxtı Tibilisidə yerləşir.
Cəlil Məmmədzadənin redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı 1906-cı il aprelin 7-də Tibilisidə yerləşən, hazırda ev muzeyi olan binadə yaradılan “Qeyrət” mətbəəsində nəşr olunub.
1997-ci il oktyabrın 11-də Tibilisidə Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı olub. İki otaqlı muzey 200-dən çox yaşı olan binanın birinci mərtəbəsində yerləşir.
Baku TV-nin əməkdaşının C.Məmmədquluzanənin Tibilisidə yerləşən ev muzeyindən hazırladığı reportajı təqdim edirik:
www.RIA24.az