“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərdiyi 10 il ərzində böyük uğurlara imza atıb”.
“Report” xəbər verir ki, bunu ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə fəal şəkildə mühüm tədbirlər həyata keçirib.
O vurğulayıb ki, mərkəzin fəaliyyəti Azərbaycanın dünya arenasında əhəmiyyətinin artmasına xidmət edir.
www.RIA24.az