Azərbaycanın əməkdar incəsənət xadimi dünyasını dəyişdi – FOTO

Mədəniyyət

Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Leyla Səfərova vəfat edib.

Bu barədə Azərbaycan Film Fondu məlumat yayıb.

Bildirilib ki, Leyla Həzrət qızı Səfərova 15 oktyabr 1945-ci ildə anadan olmuşdur. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. “Mosfilm” kinostudiyasında “Əbədi təkanverici qüvvə” (1979), “Oğul” (1982) bədii filmlərini lentə almışdır. Azərbaycan Televiziyasında “Firəngiz Qurbanova – rəssam və rejissor” (1986), “Aslan və pişik” (1986); “Azərbaycanfilm” kinostudiyasında “Kölgədə 40 dərəcə isti” (1988) bədii; “Birlik” studiyasında “Naməlum torpaq” (1992), “İstiqlal şairi” (1996), “Ana” (1996), “Mərhəmət” (1998) və başqa sənədli filmləri lentə almışdır. Leyla Səfərovanın ssenariləri əsasında “Seans” (1995), “Zəka yatarsa” (1996), “Təhlükə sovuşdu” (1998) animasiya filmləri yaradılıb.

2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir