Vaqif Mustafazadənin ev muzeyi Bakının tarixi kvartalı İçəri şəhərdə yerləşir.
Caz-muğamın banisi, bəstəkar və pianoçu Vaqif Mustafazadə sözügedən evdə yaşayıb.
Dahi bəstəkarın xatirə muzeyi 1989-cu il iyulun 28-də yaradılıb.
2005-ci il martın 16-da isə anadan olmasının 65-ci ildönümündə ev muzeyinin açılışı olub.
Qeyd edək ki, Vaqifin xatirəsini əbədiləşdirmək ideyası anası Zivər Əliyevaya məxsusdur.
1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirib.
Photostock.az-ın Vaqif Mustafazadənin ev muzeyindən hazırladığı fotoreportajı təqdim edirik:






Daha çox şəkil burada: Photostock.az
www.RIA24.az