Bakı Uşaq və Gənclər teatrının ssenaristi, Elm və Təhsil Nazirliyinin “Azərbaycan Məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın Azərbaycan bayrağına həsr olunmuş “Qırmızı, Yaşı, Mavi” adlı pyesi Türkiyədə nəşr edilmiş Azərbaycan Uşaq Ədəbiyyatından Seçmələr kitabına daxil edilib. Kitab Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə və Oğuzun alp ürəkli uşaqlarına ithaf olunub.
“Nokta” nəşriyyatında çap olunan Azərbaycan Uşaq Ədəbiyyatından Seçmələr kitabında XX əsrin əvvəllərindən müasir dövrümüzədək yazılan vətənə, bayrağa, istiqlala, müstəqillik və azadlıq duyğularına həsr olunmuş şeir, hekayə və pyeslər yer alıb. Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı ön sözün müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq Ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, redaktoru Doç.Dr. Yaşar Sözendir.
Kitabin gənc nəslin milli-əxlaqi dəyərlərinə, vətənpərvərlik duyğularına müsbət təsir edəcəyi, eyni zamanda müasir usaq ətəbiyyatı və Türk dünyasının mədəniyyəti ilə bağlı aparanlar üçün faydalı olacağı düşünülür.
Qeyd edək ki, Arzu Soltanın “Qırmızı, Yaşıl, Mavi” pyesi 2019-cu ildə Naxçıvan Dövlət Kukla Teatrında səhnələşdirilib və teatrın repertuarında yer alır.