Bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Prezidentin fərdi təqaüdü verilib

Mədəniyyət

Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb. 

Bu barədə AZƏRTAC məlumat verib. 

Sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

1. Aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:

Əliyev İlham Yaylaqalı oğlu

Musayev Alqış Həsən oğlu.

2. Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilov Zahid Abdulla oğlu

Şadlinski Vaqif Bilas oğlu

Vəliyev Misirxan İzzət oğlu”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir