“Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən getdiyini bildirib.
O, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”, – paylaşımda qeyd olunub.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatından APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın “Avroviziya” Beynəlxalq Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.
www.RIA24.az