Eminem reper “50 Cent”in serialına çəkilir – FOTO

Mədəniyyət

Reperlər “50 Cent” və Eminem “8 Mil” (“8 Mile” – 2002) filmi əsasında serialın üzərində işləyirlər.

Bu barədə “50 Cent” xəbər verib.

“Mən televiziyada “8 Mil”i nümayiş etməyə hazırlaşıram. Əla olacaq. Bu boş bir şey olmayacaq. Yüz bal verirəm. Düşünürəm ki, bu, Eminemin irsi ilə əlaqəli olmalıdır, çünki gənclərin bunu başa düşməsi mənim üçün vacibdir”, – deyə “50 Cent” bildirib.

“8 Mil” filmi Deytroitin rep döyüşlərini fəth edən ağdərili oğlanın (Eminemin) hekayəsinə həsr olunub. 2003-cü ildə Eminem bu filmə yazdığı mahnıya görə “Oskar” qazanıb.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir