Bir qrup gənc bəstəkar ölkə başçısına müraciət ünvanlayıb.
Möhtərəm cənab Prezident.
Biz hamımız özümüzü Üzeyir bəyin tələbələri sayır və onun bünövrəsini qoyduğu musiqi binasının daim uca və möhkəm qalması üçün çalışırıq. Bu gün onun boya-başa çatdığı Şuşadakı ev də 28 il sonra işğaldan azad olunub. Şübhəsiz ki, orada təmir-bərpa işləri planlaşdırılır və biz bu işlər başlanan zaman gənc bəstəkarların da cəlb edilməsini Sizdən xahiş edirik. İstərdik təmir zamanı yaxından iştirak edərək qapısının qoyulmasında, daşlarının düzülməsində əməyimiz olsun. Bu tək əməli deyil, həm də özündə simvolik məna daşıyan bir fəaliyyət olar, Üzeyir bəyin ruhuna bir rahatlıq, musiqimizə bir güc, həmçinin bizə də daxili yaradıcılıq uğurları gətirə bilər”.
Müraciətdə bəstəkarlar muzeyin açılışında dahi Üzeyir Hacıbəylinin əsərləri ilə bərabər burada çalışacaq gənc bəstəkarların böyük bəstəkarın ruhu qarşısında hesabat konsertini də təqdim etmək istədiklərini bildiriblər.
Müraciəqt 22 nəfər gənc bəstəkar imzalayıb.