Deputat Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına münasibət bildirib

Mədəniyyət

“Elə rəsm əsərlərimiz var ki, onları dünyaya çatdırmaq lazımdır. Elə əsərlər də var ki, öz fondumuzda saxlanılmalıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Azərbaycanın məşhur rəssamlarının əsərlərinin xaricdə satılması ilə bağlı məsələyə toxunan Naxçıvan Rəssamlar Birliyinin sədri, deputat Ülviyyə Həmzəyeva deyib.

Ülviyyə Fərəcova bildirib ki, rəsm əsərlərinin təqlidi çox böyük vüsət tapıb:

“Bilinmir ki, əsərin əslidir, ya surəti. Bu zaman milli təhlükəsizlik problemi yaşayırıq. Düşünürəm ki, ölkəmizə, xalqımıza məxsus olan əsərlərə daha çox diqqət edilməli və özümüzdə qalmalıdır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir