Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir.
Oxu.Az xəbər verir ki, bu, “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihədə əksini tapan həmin siyahıya şifahi xalq yaradıcılığına aid nümunələrin mütləq anonimliyi, qeyri-maddi mədəni irs nümunələrinin şifahi, qeyri-rəsmi və rəsmi formada yaradılması, qorunması və nəsildən-nəslə ötürülməsi, ərazi, etnik, dini, yaş, gender və sosial meyarlardan birinə və ya bir neçəsinə cavab verməsi və nümunələrin Azərbaycan xalqına, ayrı-ayrı sosial qruplara və ya fərdi şəxslərə mənsubluğu aiddir.
“Qeyri-maddi mənəvi irs haqqında” qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəslə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur.
Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Qanunu pozan şəxslər Mülki və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.
www.RIA24.az