Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası hazırlanır

Mədəniyyət

“Mədəniyyət Nazirliyi “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” sənədini hazırlayır. Sənədin məzmunundan irəli gələrək dövlət planı işləniləcək”.

“Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, sənəddə qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdiriləcək:

“Mədəniyyət sahəsində fəaliyyətin yeni məzmunu müəyyən edilməlidir. Artıq mədəniyyət sahəsinə aid olan prioritetlər müəyyənləşdirilməkdədir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir