Xalq artist Teymur Əmrah mərhum Xalq artisti Müslüm Maqomayevlə yaşadığı maraqlı xatirəsini bölüşüb.
Axşam.az xəbər verir ki, ifaçı bu barədə “Gül kimi şou” proqramında qonaq olarkən danışıb. O, M.Maqomayevin onu qrim otağından qovduğunu etiraf edib:
“Bizim böyük sənətkarımız Müslüm Maqomayev bilirdim ki, “Marlboro” (siqaret – red.) çəkir, özü də tez-tez. Qrim otağında bir az oxudum, səsimə qulaq asdı. Dedi ki, “səsin normaldır, kimin şagirdi olmusan?” Cavab verdim ki, “Firudin Mehdiyevin. Akademiyada, estradada Flora xanımın, aktyor Məlik Dadaşovun, Şəfiqə Məmmədovanın”. Dedi ki, “lap yaxşı”. O da siqaret çəkir, bitməmiş o birisini yandırır. Bir dəfə, iki dəfə, üç dəfə. Heydər Əliyev sarayında qrim otağındayıq. Mən də sadəcə olaraq söylədim ki, “Müslüm Maqomayev mənə elə gəlir ki, siz həddindən artıq siqaret çəkirsiniz”. O isə elə başa düşdü ki, mən ona ağıl verirəm. Dedi ki, “məni gördün? İndi isə buradan get”. Yəni xoş gəldin. Mənə ağıl verirsən nə qədər siqaret çəkəcəyəm? Böyük sənətkar, gözəl insan idi”.
www.RIA24.az