Azərbaycan mətbəxi Avropada nümayiş olunub – FOTO

Mədəniyyət


Polşanın paytaxt Varşava da daxil olmaqla bir neçə şəhərində Novruz bayramı münasibətilə Azərbaycan mətbəxi nümayiş olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Polşa Azərbaycanlıları Şurası tərəfindən təşkil olunan kulinar sərgidə Azərbaycanın Qarabağ da daxil olmaqla müxtəlif bölgələrindən mətbəx nümunələri təqdim edilib.

Şura sədri Fərid Cəfərov bildirib ki, kulinar sərgidə polyaklarla yanaşı Polşada turist səfərində olan digər xarici qonaqlar, o cümlədən 300-dən çox azərbaycanlı qatılıb. Martın 20-dan başlayan sərgi iki gün müddətində Polşanın bir neçə şəhərində davam edib.

Fərid Cəfərovun sözlərinə görə, sərgidə Şura üzvləri qonaqlara Azərbaycanın mədəni tarixinin müxtəlif nümunələri barədə məlumatlar veriblər, broşürlər paylayıblar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir