Avstraliyalı aktyor Kris Hemsvort altsheymer xəstəliyinə tutulma qorxusu səbəbi ilə film layihələrində az iştirak etməyə və hətta bəzilərindən imtina etmək niyyətində olduğunu açıqlayıb.
Aktyor hazırda Tor rolunu oynadığı “Qisasçılar” (“Avengers”) filminin davamı da daxil olmaqla dörd layihədə çəkilişlərlə məşğuldur.
Mənbə bildirib ki, filmlərdə çəkilişlər başa çatdıqdan sonra aktyor Hollivudda işlərin həcmini azaltmağa və iştirak edəcəyi filmlərin seçimində daha seçici olmağa hazırlaşır.
Aktyorun özü daha əvvəl heç bir şəkildə təqaüdə çıxmaq haqqında düşünmədiyini desə də, mənbə “Avengers” ulduzunun məhz bu yolu tutduğunu deyir.
Aktyor zehni fəaliyyəti ilə məşğul olmağı, həmçinin ailəsinə daha çox vaxt ayırmağı planlaşdırır.
Qeyd edək ki, ötən ilin noyabrında məlum olub ki, Hemsvortda altsheymer xəstəliyinə tutulma riski digər insanlarla müqayisədə 10 dəfə çoxdur.
Mənbə: Page Six
www.RIA24.az