“Azərbaycan Mədəniyyət Strategiyası – 2040” sənədi üzərində işlər gedir”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirlən Teatr forumunda mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli bildirib.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür:
“Bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın xüsusi əməyi var. Teatr hər zaman yenilənməli, çağdaş dövrə uyğunlaşmalıdır. Bu forumun məqsədi teatrın problemlərini və perspektivlərini müzakirə etməkdir”.
O qeyd edib ki, aprelin 20-22- də Kino Forumu keçiriləcək.
İlhamə Əbülfət
www.RIA24.az