“Təhsil Nazirliyinin işçilərinin 90 faizi teatrların yerlərini bilmirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli bildirib.
Onun sözlərinə görə, Mədəniyyət və İncəsənət Universiteti və digər mədəniyyət müəssisələri nazirliyin balansına verilsə, daha yaxşı olar.
O bildirib ki, əvvəllər Mədəniyyət Nazirliyinə gedəndə zaman elə bil gömrük məntəqəsindən keçirirdilər:
“Nə biz onları tanıyırdıq, nə də onlar bizi. Amma indi vəziyyət dəyişib”,- deyə o qeyd edib.
O əlavə edib ki, özəl müəssisələrdə qapıda duran mühafizə xidmətinin əməkdaşları aktyorlardan iki-üç dəfə artıq maaş alırlar.
İlhamə Əbülfət
www.RIA24.az