“Teatrlar pyesləri dramaturqlardan pulla almaq istəmirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr forumunda dramaturq İsmayıl İman deyib.
O bildirib ki, bu cür yanaşma peşəkar dramaturqların yaranmasına maneə törədir.
İ.İman qeyd edib ki, 7 ay işlədiyi layihədən heç bir qonorar almayıb.
İlhamə Əbülfət
www.RIA24.az