Naida İsmayılzadə: “1990-cu illərdə maaşların verilməməsi, bizim teatrı 10 il geri atıb”

Mədəniyyət


“1990-cu illərdə maaşların verilməməsi, bizim teatrı 10 il geri atıb”.

Oxu. Az-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naida İsmayılzadə bildirib. 

O bildirib ki, ölkəmizdə teatrların inkişafı üçün hüquqi baza yaradılmalıdır:

“Bəzən söz soruşmaq üçün  adam tapa bilmirik. Teatr zəhmət tələb edən işdir. Teatr haqqında qanunda əvvəl sponsorluq edən fiziki şəxslərin vergidən azad edilməsi bəndi var idi, çıxarıldı. Deyildi ki, vaxtı gələndə müraciət edərsiniz. Məncə, vaxtı gəlib”.

Direktor əlavə edib ki, bölgə teatrları xilas edilməlidir:

“Hər il nə qədər aktyor universiteti bitirir. Hamısı şəhərdə çalışmaq istəyir. Bölgələrdə çalışmaqdan çəkinmək lazım deyil. Çox sənətkarımız əvvəllər bölgə teatrlarında çalışıb. Bölgə teatrlarının maaşları barədə düşünmək lazımdır”.

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir