Adil Kərimli: “Son illər film çəkilişlərinə qoyulan vəsaitlərin həcmi artıb”

Mədəniyyət


“Forum kinomuzun inkişafına təkan verəcək”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

Onun sözlərinə görə, forumda kino sahəsinin üzləşdiyi problemlər gündəmə gətiriləcək:

“Ümid edirik, bu forumda səsləndirilən fikirlər, təkliflər öz töhfəsini verəcək. Əhəmiyyəti olacaq. 10 gün bundan öncə burada Teatr Forumu təşkil edilmişdi. Teatr sahəsində dəyərli insanlar bir araya gələrək müzakirələr aparmışdılar. Ümid edirik, Kino Forumunda da müzakirələr əsnasında problemlərin həlli yolları müəyyən ediləcək”.

A.Kərimli qeyd edib ki, Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində mədəniyyətin digər sahələrinə də aid forumlar keçiriləcək:

“Son illər film çəkilişlərinə qoyulan vəsaitlərin həcmi də artıb. Gələcəkdə kinematoqrafiya sahəsində yerli istehsallı və beynəlxalq rəqabətə davamlı kinoların çəkilməsində bu kimi addımların rolu böyük olacaq”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir