Oqtay Mirqasımov: “Filmlərə yaraşmayan simalar gəlir”

Mədəniyyət


“Filmlərə yaraşmayan simalar gəlir”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Oqtay Mirqasımov deyib.

Onun sözlərinə görə, praktikada uğursuz hesab olunanlar bərpa edilməlidirlər:

“Nizami kino mərkəzində insanların zövqünü korlayan primitiv filmlər göstərilir.

Bəzi filmlərdə Azərbaycan cəmiyyəti elə təqdim olunur ki, xəcalət çəkirsən. Bu, dəyərlərə xəyanətdir”.

O.Mirqasımov qeyd edib ki, kinematoqrafçılar dövrün tələblərini nəzərdə saxlamalıdırlar:

“İnsanların zövqünü korlamamalıyıq. Qəzəb və qorxu keçirirəm. Belə filmlərin nümayiş olunmasını istəmirəm”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir