“Hələ kinomuzda müəllif-tamaşaçı ünsiyyətini qura bilməmişik”.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda xalq artisti Əməkdar incəsənət xadimi Rafiq Quliyev deyib.
Onun sözlərinə görə, yalnız bu ünsiyyəti bərpa etdikdən sonra kino sənayesindən danışa bilərik:
“Filmsizlik dövrü yaşayırıq. Həll olunmalıdır. Bununla yanaşı gənclər ali məktəbi bitirir. Lakin bazaları olmur”.
Nəzrin Vahid
www.RIA24.az