“Ümumbəşəri filmlər çəkilməlidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib.
Onun sözlərinə görə, belə filmləri beynəlxalq arenaya çıxara bilərik:
“Xaricə çıxmaq vacibdir. 44 günlük müharibədə böyük qələbə qazandıq. Çox xoşbəxtəm ki, torpaqlarımızın azad olunmasını gördüm. Qarabağ mövzusunda film çəkilməlidir”.
R.Balayev sonda qeyd edib ki, gəncləri studiyada görmək istəyir:
“Arzu edərdim ki, gənclər kinostudiyaya toplaşsınlar. Onları görüm. Görmək üçün siz kömək edin”.
Nəzrin Vahid
www.RIA24.az