Məşhur aktyor Silvestr Stallone “Qayaya dırmanan” (“Cliffhanger”) döyüş filminin davamında xilasedici alpinist Qeyb Uoker obrazında ekranlara qayıdır.
Filmin rejissoru Rik Roman Vo olacaq.
Lakin filmin süjetinin təfərrüatı hələlik açıqlanmayıb. Bundan əlavə, sikvelin aktyor heyəti də məlum deyil.
Hazırda kastinq davam edir. Layihəyə orijinal “Cliffhanger”in prodüserləri Nil Morits və Tobi Caffe nəzarət edəcəklər.
Xatırladaq ki, “Cliffhanger” 1993-cü ildə çıxıb. Film dağlarda ilişib qalan turistlərin cinayətkar dəstə olduğunu bilmədən onların köməyinə yollanan xilasedici Qeyb Uokerdən bəhs edir.
Mənbə: Gazeta.ru
www.RIA24.az