Mədəniyyət Nazirliyindən Yaşar Nurinin həyat yoldaşının iddialarına reaksiya

Mədəniyyət


Mədəniyyət Nazirliyi mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyevanın nazir Adil Kərimlinin qəbuluna düşə bilməməsi ilə bağlı səsləndirdiyi iddialara cavab verib.

Nazirlikdən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə nazirliyə hər hansı müraciət daxil olmayıb:

“Görkəmli teatr və kino aktyoru, Xalq artisti, dövlət mükafatı laureatı mərhum Yaşar Məmmədsadıq oğlu Nuriyevin sənət, yaradıcılıq, sosial qayğıları daim dövlətin və Mədəniyyət Nazirliyinin diqqətində olub.

Mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyevanın mətbuatda səsləndirdiyi fikirləri ilə bağlı yayılan məlumatlara cavab olaraq bildiririk ki, nazirliyə bu məsələ ilə bağlı son aylarda onun və yaxınları tərəfindən heç bir müraciət daxil olmayıb”, – deyə cavabda qeyd edilib.

Qeyd edək ki, R.Nuriyeva daha əvvəl nazir Adil Kərimlinin qəbuluna düşmək istəsə də, onunla maraqlanan olmadığını demişdi. Mərhum Xalq artistinin həyat yoldaşı, həmçinin Yaşar Nurinin adının küçəyə verilməməsi və yaşadığı evin qarşısında lövhə quraşdırılmamasından gileylənib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir