Bu gün Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.
İkinci yarımfinalda 15 ölkənin təmsilçisi çıxış edəcək: Avstraliya, Avstriya, Albaniya, Ermənistan, Belçika, Yunanıstan, Gürcüstan, Danimarka, İslandiya, Kipr, Litva, San-Marino, Sloveniya, Rumıniya və Estoniya.
Bu yarımfinaldan sonra mayın 13-də baş tutacaq finalın bütün iştirakçıları bəlli olacaq.
Qeyd edək ki, birinci yarımfinaldan finala keçən 10 ölkə bunlardır: Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç. “Böyük beşlik” ölkələri – İtaliya, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ötən ilin qalibi Ukrayna birbaşa finalda iştirak edəcəklər.
www.RIA24.az