Nazirlikdən “şofer Əhməd” ilə bağlı AÇIQLAMA – FOTO

Mədəniyyət


Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti pisləşib.

Qızı mətbuata açıqlamasında atasının vəziyyətinin çox ağır olduğunu deyərək, dövlətdən dəstək istəyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq aktyorun vəziyyətinin diqqətdə saxlanıldığı bildirilib:

“Dünən Nazirliyin rəsmi nümayəndəsi xəstəxanada aktyora baş çəkib, sağlamlığı ilə maraqlanıb. Bu gün də aktyorun qızı ilə telefon əlaqəsi saxlanılıb, xəstənin vəziyyəti ilə maraqlanılıb. 

Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti Mədəniyyət Nazirliyinin diqqətindədir”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara “Əhməd haradadır” filmindən “şofer Əhməd” rolu ilə tanınır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir