Dolf Lundqren Stallonedən xanımına şikayət etdi: “Əgər bir dəfə də ağzını açsa…” – FOTO

Mədəniyyət


“Qarşısıalınmazlar” (“The Expendables”) filminin çəkilişləri zamanı Hollivud aktyoru, “Rokki 4” və “Universal əsgər” filmlərinin ulduzu Dolf Lundqrenlə həmkarı, amerikalı aktyor və kinorejissor Silvester Stallonenin sözləri dəfələrlə çəp gəlib, hətta bir dəfə onu vurmaq istəyib.

Bu barədə Lundqrenin özü danışıb.

Aktyorun sözlərinə görə, Stallone filmin səhnələrinin birində ona qarşı çox sərt davranıb, bütün çəkiliş qrupunun qarşısında ona qışqırıb və 20-yə yaxın dubla məcbur edib. Həmin vaxt nahar fasiləsindən sonra həyat yoldaşıyla telefonla danışan Lundqren: “Silvester bir dəfə də söz desə, onu “söndürəcəyəm”, – deyib.

Lakin Stallone Lundqrendən üzr istədiyi üçün dava olmayıb.

Lundqren etiraf edib ki, illər ərzində onların dəfələrlə sözləri çəp gəlib.

“Ancaq nə deyə bilərəm, o, dəlisov italyandır. Düşünürəm ki, o, mənim ona həmişə hörmət etdiyimi və sevdiyimi bilir. Düşünürəm ki, buna görə də biz hələ də dostuq”, – deyə aktyor vurğulayıb.

Qeyd edək ki, “Qarşısıalınmazlar”ın ilk seriyası 2010-cu ildə işıq üzü görüb. Film dərhal populyarlıq qazanıb, çünki burada aparıcı Hollivud aktyorları, o cümlədən Silvester Stallone, Ceyson Stethem, Miki Rurk və Dolf Lundqren rol alıblar. Franşizanın süjeti müxtəlif tapşırıqları və xüsusi əməliyyatları yerinə yetirən muzdluların elit qrupu ətrafında qurulub.

Mənbə: NME

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir