Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.
O, öz sosial şəbəkə hesabında paylaşım edərək, mədəniyyət nazirinə müraciət edərək, film çəkmək üçün böyrəyini satdığını bildirib.
“Hörmətli mədəniyyət nazirliyi, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”, – deyə o qeyd edib.
www.RIA24.az