Almaniyanın məşhur rok qrupu olan “Rammstein” dağılmaq ərəfəsindədir.
Buna səbəb rok qrupunun solisti olan Till Lindemanın qadın fanatlardan birinə qarşı cinsi təcavüz etməsi və bu məsələ ətrafında yaranan qalmaqaldır.
Məlumata görə, rok qrupun digər üzvləri solistin davranışından son dərəcə narazıdırlar.
“Rammstein”in üzvləri hesab edirlər ki, T. Lindeman onları çirkli bir oyuna alət edib, həmçinin nüfuzlarına xələl vurub.
Qeyd olunur ki artıq sənətçilər qrupu buraxmaq planını da müzakirə ediblər.
Mənbə: BİLD
www.RIA24.az