Nəriman Həsənzadə əməliyyat olundu

Mədəniyyət


Xalq şairi Nəriman Həsənzadə əməliyyat olunub.

Kulis.az xəbər verir ki, bu barədə şairin özü açıqlama verib. O bildirib ki, 1 həftə əvvəl gözündəki problem aradan qaldırılıb:

“Hazırda Bakıdayam. Gözüm 2 il yarım idi ki, tor kimi görürdü. Görmə qabiliyyətim zəifləmişdi. Sonra yaxşı bir həkimlə qarşılaşdım. Əməliyyatı elə icra etdi ki, heç ruhum da incimədi”.

O, səhhətində yaranan problemə baxmayaraq, fəaliyyətini davam etdirdiyini söyləyib:

“Ədəbiyyat” qəzetində səhifə-səhifə yazılar, şeirlər, poemalarım dərc olunur”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir