Mədəniyyət naziri Xalq artisti Oqtay Mirqasımovla görüşüb – FOTO

Mədəniyyət


Mədəniyyət naziri Adil Kərimli iyunun 13-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, kinodramaturq, Xalq artisti, professor Oqtay Mirqasımovla görüşüb. 

Sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən nazir onun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələri xatırladıb. Bildirilib ki, Oqtay Mirqasımovun lentə aldığı ekran əsərləri Azərbaycanın kino salnaməsini zənginləşdirib, özünəməxsus ideya-estetik meyarlarla bu sahənin tərəqqisinə yeni çalarlar bəxş edib. 

Qeyd olunub ki, Azərbaycan mədəniyyəti və kinematoqrafiyasının inkişafında mühüm xidmətlərinə görə Oqtay Mirqasımovun daha öncə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunması, iyunun 12-də – doğum günündə isə Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeninə layiq görülməsi və ordenin şəxsən dövlət başçısı tərəfindən ona təqdim edilməsi Xalq artistinin zəngin yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.

Adil Kərimli Oqtay Mirqasımovu 80 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə bir daha təbrik edib, möhkəm cansağlığı və bundan sonra da həyat və sənət enerjisi ilə dolu uzun ömür arzulayıb. 

Xalq artisti Oqtay Mirqasımov əməyinə göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sənətkar ömrünü həsr etdiyi milli kinematoqrafiya sahəsinə bundan sonra da öz töhfəsini verməyə çalışacağını deyib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir