“Marvel” komikslərinin rəssamı Con Romita 93 yaşında vəfat edib.
Bu barədə rəssamın oğlu Con Romita xəbər verib.
“Bunu ürək ağrısı ilə deyirəm – atam yuxuda dünyasını dəyişdi. O, mənim indiyə qədər tanıdığım ən böyük qəlbli insan idi”, – deyə illüstratorun varisi sosial şəbəkə hesabında paylaşım edib.
Con Romita Bruklində çörəkçi ailəsində anadan olub. O, 1947-ci ildə Manhetten Sənaye İncəsənət Məktəbini bitirib, ABŞ ordusunda xidmət edib və 19 yaşında komikslərlə işləməyə başlayıb – rəssamın ilk materialları Eastern Color jurnalının “Famous Funnies” seriyasında dərc olunub.
1966-cı ildə illüstrator Sten Li ilə “Heyrətamiz Hörümçək adam” filmində işləməyə başlayıb. Beləliklə o, layihədə “Hörümçək adam”ın sevgilisi Meri Ceyn Uotsonun yaradıcı olub.
1972-ci ildə Romita “Marvel”in qeyri-rəsmi art direktoru olub, rəsmi olaraq bu vəzifəni bir il sonra icra etməyə başlayıb. Rəssam “Luk Keyc”, “Cəzalandırıcı” və “Rosomaxa” kimi personajların yaradılmasına öz töhfəsini verib.
1996-cı ildə Romita “Marvel”dən ayrılıb və təqaüdə çıxıb.




Mənbə: Gazeta.ru
www.RIA24.az