Azərbaycanlı rejissor beynəlxalq film festivalının münsiflər heyətinə dəvət aldı

Mədəniyyət


Azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətinə dəvət edilib.

APA xəbər verir ki, bu barədə festivalın rəsmi saytında qeyd edilib.

Məlumata əsasən, münsiflər heyətinin sədri isə Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyev olacaq.

“Güzgü”nün müsabiqə proqramı, münsiflər heyəti, açılış və bağlanış filmləri açıqlanıb.

Beynəlxalq müsabiqədə dünyanın 12 ölkəsindən 8 filmin iştirakı gözlənilir.

Festivalın açılışı Andrey Tarkovski haqqında sənədli filmlə baş tutacaq. Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.

Festival 30 iyun tarixində başlayacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir