Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycanın mədəniyyət naziri ilə görüşdü – FOTO

Mədəniyyət


Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir