İranda məşhur aktrisa məcburi hicab tələbinə görə aktyorluq sənətindən uzaqlaşdı – FOTO

Mədəniyyət


İranda məşhur aktrisa Əfsanə Bayeqan məcburi hicab tələbinə görə aktyorluq sənətindən uzaqlaşıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Bayeqanın özü məcburi baş örtüyü ilə əlaqədar prokurorluğa çağırılandan bir neçə gün sonra açıqlama yayıb.

O, “hörmətsiz aktyorluq sahəsi”ndən çəkildiyini elan edib.

Xanım Bayeqan bildirib ki, onun incəsənətlə bağlı fəaliyyəti və ictimai ləyaqəti illərdir yanlış iddialarla üzləşib, rejim heç bir izaha, müdafiəyə məhəl qoymur, eşitmir.

“Belə olarkən bildirməliyəm ki, hörmətsiz aktyorluq sənətindən geri çəkilməyi məqsədəuyğun hesab edirəm”, – deyə o qeyd edib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir