Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində yerləşən ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli sərəncamına əsasən yaradılıb.
Muzeyin direktoru Aytən Ələkbərova deyir ki, 65 ədəd eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda üç minə yaxın eksponat mühafizə olunur:
“Bunlardan 278 ədədi ekspozisiya zallarında nümayiş olunur”.
Onun sözlərinə görə, burada C.Məmmədquluzadənin ailə üzvlərinin portretləri, onun kitabları, yaşadığı dövrə aid məişət əşyaları, “Molla Nəsrəddin” jurnalının orijinal nüsxələri və s. mühafizə olunur.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az