Mədəniyyət naziri Azərbaycanın Aİ ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının tərkibinə daxil edildi

Mədəniyyət


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, sərəncamda deyilir:

1. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 493, № 10, maddə 968; 2006, № 7, maddə 588, № 9, maddə 743; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 233; 2010, № 2, maddə 80, № 7, maddə 620; 2012, № 12, maddə 1291; 2013, № 3, maddə 292; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2015, № 8, maddə 957; 2016, № 5, maddə 861, № 9, maddə 1518; 2017, № 11, maddə 2124; 2018, № 8, maddələr 1677, 1715; 2019, № 2, maddə 294; 2020, № 2, maddə 123; 2022, № 12, maddə 1516; 2023, № 3, maddə 391) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Mədəniyyət nazirinin birinci” sözləri “mədəniyyət nazirinin” sözləri ilə əvəz edilsin;

1.2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” sözləri “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Avropa İttifaqı tərəfinə bildiriş göndərsin”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir