ABŞ-nin azərbaycandakı səfirliyinin əməkdaşları Azərbaycan Dili və Əlifbası Günü münasibətilə ana dilimizdə şeirlər və yanıltmaclar səsləndiriblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi sosial şəbəkə hesablarında yayımlanan videoçarx izləyicilərin marağına səbəb olub.
Videoçarxın açıqlama hissəsində qeyd edilib ki, ABŞ-nin Azərbaycandakı səfirliyində çalışan amerikalılar və onların ailə üzvləri Nizami Gəncəvinin danışdığı dildə öz bacarıqlarını nümayiş etdiriblər.
Görüntüləri təqdim edirik:
www.RIA24.az