Cənubi Koreyada 300-dən çox filmin kassa gəliri saxtalaşdırılıb

Mədəniyyət


Cənubi Koreya filmlərinin yayımı sahəsində böyük korrupsiya qalmaqalı yaşayıb.

Məlumata görə, ölkənin əsas kinoteatr şəbəkələrinin rəhbərləri biletləri baha qiymətə satmaqda və biznes işlərinə mane olmaqda təqsirli biliniblər.

Fırıldaqçılıq sxemi 2018-ci ilin martından 2023-cü ilin iyununa qədər nümayiş olunan 323 filmin kassa gəlirlərinə təsir göstərib. Koreya filmlərinə satılan biletlərin sayı 2,67 milyona qədər qaldırılıb.

“CJ CGV”, “Megabox” və “Lotte Cinema” multipleks kinoteatrlarının əməkdaşları, eləcə də “Lotte Entertainment”, “Showbox” və “Kidari Studio”nun distributorları Koreya Film Şurasının sisteminə yalan məlumat daxil etməkdə günahlandırılıblar. Fırıldaq işlədilən kasetlər arasında Kann Film Festivalı-2021-in triller-iştirakçısı “Fövqəladə vəziyyət” və “Sonsuz Yağış” melodramı da var.

Mənbə: film.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir